Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Güclü yağış 4 milyon manata yaxın zərər vurub

User 01 Aprel 2026 - 18:30 (Last updated: 01 Aprel 2026 - 17:41)
yaqis

27-30 mart tarixlərində ölkə ərazisində qeydə alınan normadan artıq yağışlar Bakı da daxil olmaqla respublika ərazisində daşınar və daşınmaz əmlaklara ziyan vurub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, 1 aprel tarixinə olan hesablamalara görə, 27-30 mart 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 1649 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 1261-i icbari avtosığorta (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası), 136-sı “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 190-ı “Daşınmaz əmlakın icbari sığortası” növü, 63-ü isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Daxil olmuş müraciətlər üzrə hadisələrin 77 %-i paytaxt Bakıda, 23 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb.

Məlumatlara görə, qiymətləndirilmiş 1421 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 2 milyon 472 min 480 manat həcmində müəyyənləşdirilib. Qalan 228 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Bundan əlavə, 15 zərərçəkənin sığortası olmadığı üçün onların müraciətləri təmin olunmayıb.

Qeyd edilib ki, hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur: “Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 4 milyon manata yaxın olacağı ehtimal edilir”.

AzPost.az

Post navigation

Previous: Borc müqalivəsində nələr yazılmalıdır? –
Next: Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır

Oxşar xəbərlər

vilyam kiraye
  • Sosial

Bakıda və Sumqayıtda 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – AÇIQLAMA

User 17 Noyabr 2026 - 12:43
hava proqnozu haqqında
  • Sosial

Sabaha olan hava proqnozu

User 17 Noyabr 2026 - 12:30
idarecilik akademiyasi
  • Sosial

Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçmədi? – Nazirlikdən açıqlama

User 17 Noyabr 2026 - 12:26

xƏBƏR

menzil
  • Baş Yazı

Bakıda ev almaq istəyənləri nə gözləyir? – 2027-ci ilin mənzil proqnozu

User 17 Noyabr 2026 - 13:06
Azərbaycanda mənzil almaq istəyənlər üçün əsas problem təkcə evlərin bahalığı deyil, qiymətlərlə ailə gəlirləri arasındakı fərqdir. Son...
Read more about Bakıda ev almaq istəyənləri nə gözləyir? – 2027-ci ilin mənzil proqnozu
Bakıda və Sumqayıtda 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – AÇIQLAMA vilyam kiraye
  • Sosial

Bakıda və Sumqayıtda 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – AÇIQLAMA

User 17 Noyabr 2026 - 12:43
Sabaha olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Sabaha olan hava proqnozu

User 17 Noyabr 2026 - 12:30
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçmədi? – Nazirlikdən açıqlama idarecilik akademiyasi
  • Sosial

Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçmədi? – Nazirlikdən açıqlama

User 17 Noyabr 2026 - 12:26
9 ayda yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb qeza_polis
  • Sosial

9 ayda yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb

User 17 Noyabr 2026 - 11:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.