Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Borc müqalivəsində nələr yazılmalıdır? –

User 01 Aprel 2026 - 18:16 (Last updated: 01 Aprel 2026 - 17:38)
Kredit borcu

Kredit borcu

Ali Məhkəmə borc müqaviləsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə məhkəmədən məlumat verilib.

Bildirilib ki, gündəlik həyatda insanlar tez-tez bir-birinə borc pul verir. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir.

Praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır.

Borc müqaviləsi nə vaxt yazılı formada bağlanmalıdır?

Qanunvericiliyə əsasən, borcun məbləği 3000 manatdan artıq olduqda, həmçinin borcun məbləğindən asılı olmayaraq müqavilə tərəflərindən biri hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

Yazılı forma niyə vacibdir?

Yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur.

Əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Belə ki, əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Halbuki borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq olunur.

Borc müqaviləsi ilə yanaşı, tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının da müəyyən formada sənədləşdirilməsi vacibdir. Yəni borcverənin pul vəsaitini verməsi və borcalanın borcu qaytarması ilə bağlı hərəkətlər də mümkün qədər yazılı şəkildə təsdiq edilməlidir. Məsələn, bank köçürmələri, qəbzlər, tərəflər arasında aparılmış yazışmalar və digər vasitələrlə.

Əks halda, yəni borc münasibətinin şifahi şəkildə qurulması və pul vəsaitinin heç bir yazılı təsdiq olmadan əlbəəl verilməsi və qaytarılması hallarında tərəflərin bu faktları sübut etməsi çətinləşir və iddia etdikləri halları kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilmədikləri üçün məhkəmələr tərəfindən iddiaları rədd edilir və ya irəli sürülən etirazları qəbul olunmur.

Tövsiyələr

Borc münasibətlərinə daxil olarkən gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirilməsi tövsiyə olunur:

· borcun məbləği 3000 manatdan artıq olduqda mütləq yazılı müqavilə bağlamaq;

· müqavilədə borcun məbləğini, qaytarılma müddətini və ödəniş qaydasını dəqiq göstərmək;

· mümkün olduqda pul vəsaitini bank köçürməsi vasitəsilə vermək;

· borcun verilməsi və qaytarılması zamanı qəbz və ya yazılı təsdiq almaq;

· tərəflər arasında aparılan mesajlaşmaları və digər yazışmaları saxlamaq;

· zəruri hallarda müqavilənin tərtibi üçün peşəkar hüquqi məsləhət almaq.

Borc müqaviləsinin düzgün tərtib olunması və münasibətlərin şəffaf şəkildə rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunmasına, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.

AzPost.az

Post navigation

Previous: Səudiyyə Ərəbistanı neft ixracını 50 faiz azaldıb
Next: Güclü yağış 4 milyon manata yaxın zərər vurub

Oxşar xəbərlər

vilyam kiraye
  • Sosial

Bakıda və Sumqayıtda 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – AÇIQLAMA

User 17 Noyabr 2026 - 12:43
hava proqnozu haqqında
  • Sosial

Sabaha olan hava proqnozu

User 17 Noyabr 2026 - 12:30
idarecilik akademiyasi
  • Sosial

Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçmədi? – Nazirlikdən açıqlama

User 17 Noyabr 2026 - 12:26

xƏBƏR

vilyam kiraye
  • Sosial

Bakıda və Sumqayıtda 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – AÇIQLAMA

User 17 Noyabr 2026 - 12:43
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində daha 91 yeni mənzili vətəndaşların seçiminə...
Read more about Bakıda və Sumqayıtda 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – AÇIQLAMA
Sabaha olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Sabaha olan hava proqnozu

User 17 Noyabr 2026 - 12:30
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçmədi? – Nazirlikdən açıqlama idarecilik akademiyasi
  • Sosial

Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçmədi? – Nazirlikdən açıqlama

User 17 Noyabr 2026 - 12:26
9 ayda yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb qeza_polis
  • Sosial

9 ayda yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb

User 17 Noyabr 2026 - 11:17
Ukrayna Krım körpüsünə “Flamingo” raketi ilə ikinci dəfə zərbə endirib ukr korpu
  • Dünya

Ukrayna Krım körpüsünə “Flamingo” raketi ilə ikinci dəfə zərbə endirib

User 17 Noyabr 2026 - 11:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.