Güclü yağış Ankarada fəsadlar yaradıb

Türkiyə paytaxtı Ankarada başlanan güclü yağış şəhərin bir sıra yerlərində ciddi fəsadlar yaradıb.

Güclü yağışın qısa müddətli olmasına baxmayaraq əsasən çökək ərazilərdə yolları, tikintilərin giriş qatlarını və zirzəmiləri sel basıb. Güclü sel və daşqın onlarla minik avtomobilinin yolda qalmasına səbəb olub. Tunel və aşağı keçidlərdə qalan avtomobillər dartılaraq çıxarılıb. Şəhər rəhbərliyi yolların lildən təmizlənməsi üçün təcili tədbirlərə başlayıb.

Güclü yağışlar ölkənin başqa yerlərində də əhaliyə və təsərrüfata böyük zərər vurub. Adana və Bingöldə yolları və tarlaları sel basıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

7-ci mərtəbədən özünü atan məktəbli qız xəstəxanada ölüb –

Sonrakı məqalə

Qubada oğul atasını balta ilə öldürdü