Güclü yağış Gəncədə selə səbəb olub –

FOTO
10 İyun 2021 - 08:17

Ötən gündən başlayan yağıntılı hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib.

Güclü yağışdan sonra sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətində, həmçinin, inasanların gediş-gəlişinə çətinliklər yaradıb. Şəhərin bir sıra qəsəbələri, eyni zamanda “Dəmir yolu vağzalı” adlanan ərazi, “Sərçə” bazarı sel suları altında qalıb.

Bəzi həyətlərə sel suları dolub. Hazırda ölkənin qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. (APA)