Güləşçimiz Rafiq Hüseynov bürünc medal uğrunda yarışacaq –

TOKİO-2020
03 Avqust 2021 - 08:01

Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal uğrunda yarışacaq.

77 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidisə qalib gəlib. Güləşçimiz dörddəbir finalda Akjol Mahmudova (Qırğızıstan) uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz avqustun 3-də təsəlliverici görüşdə iştirak edib. Güləşçimiz Tunis idmançısı Lamjed Maafini məğlub edib. Üçüncü yer uğrunda görüşdə R.Hüseynov erməni güləşçi Karapet Çalyan ilə qarşılşacaq.

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.