Güləşçimiz Stadnik yarımfinala çıxdı –

TOKİO-2020
06 Avqust 2021 - 07:55

Mariya Stadnik yarımfinala vəsiqə qazanıb.

Ukrayna əsilli idmançımız dördqat Afrika mükafatçısı Sarra Hamdiyə (Tunis) vaxtından əvvəl qalib gəlib.

Görüşün bitməsinə üç dəqiqədən də çox vaxt qalsa da, 10:0-lıq qələbə onun yarımfinala vəsiqə qazanmasına səbəb olub.

06:37

Stadnik Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində üçqat Avropa çempionu Stalvira Orşuşla üz-üzə gəlib.

Rəqibinə 11:7 hesabı ilə qalib gələn Mariya Stadnik adını 1/4 finala yazdırıb. O, növbəti mərhələdə Sarra Hamdi (Tunis) ilə qarşılaşacaq.