Güləşçimiz Stadnik yarımfinala çıxdı –TOKİO-2020

Mariya Stadnik yarımfinala vəsiqə qazanıb.

Ukrayna əsilli idmançımız dördqat Afrika mükafatçısı Sarra Hamdiyə (Tunis) vaxtından əvvəl qalib gəlib.

Görüşün bitməsinə üç dəqiqədən də çox vaxt qalsa da, 10:0-lıq qələbə onun yarımfinala vəsiqə qazanmasına səbəb olub.

06:37

Stadnik Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində üçqat Avropa çempionu Stalvira Orşuşla üz-üzə gəlib.

Rəqibinə 11:7 hesabı ilə qalib gələn Mariya Stadnik adını 1/4 finala yazdırıb. O, növbəti mərhələdə Sarra Hamdi (Tunis) ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 200 milyonu ötüb –

Sonrakı məqalə

Hacı Əliyev yarımfinala çıxdı –