Günəş yanığında bunları etmək olmaz!- Vacib TÖVSİYƏLƏR

Əgər günəş yanığı varsa, kisə və skrablardan istifadə etməməlisiniz, çünki onlar dərini zədələyir ki, bu da infeksiyaya səbəb ola bilər.

Azpost.info xəbər verir ki, həkimlər alkoqol tərkibli məhsullardan (ətirlər, antiseptiklər) istifadə etməməyi də vacib sayır.

Belə məhsullar zədələnmiş dərini qurudur və vəziyyətini pisləşdirir. Yanıqdan sonra və bütün reabilitasiya dövründə birbaşa günəş işığında olmaq tövsiyə edilmir.

Müalicə üçün xama, yağ, kefir və digər xalq üsullarından istifadə etməmək daha yaxşıdır, çünki onlar dəridə bir pərdə yaradır, bu da yanıq yerində temperaturu artırır. Bundan əlavə, bu məhsullar infeksiyaya səbəb ola bilər, çünki qidada bakteriya ola bilər.

Günəş yanığı baş veribsə, dəriyə buz tətbiq etməyin və ya buzlu suyu dəriyə təmas etdirməyin. Kəskin temperatur dəyişikliyi ciddi vazospazma yarada və yanıq bölgəsində nekrozlaşmaya səbəb ola bilər.

Eyni zamanda, sintetik, dar və ya sərt geyimlər geyinmək tövsiyə edilmir, çünki bu, dərini zədələyir və bərpa prosesini uzadır.

Azpost.info

Əvvəlki məqalə

Britaniya parlamentinə rekord sayda müsəlman deputat seçilib

Sonrakı məqalə

Böyük və Kiçik Qafqazın bəzi çaylarından sel keçəcək