“Gün ərzində təxminən 1 milyon insan SMS icazə üçün müraciət edir” –

"ASAN Xidmət"in rəhbəri
25 Aprel 2020 - 11:21

Karantin müddətində “ASAN Xidmət”in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, SMS icazə vasitəsilə aprelin 5-dən 25-dək 20 milyon SMS qəbul olunub: “Gün ərzində təxminən 1 milyon insan SMS icazə üçün müraciət edir. 700-800 min insan gündəlik SMS vasitəsilə icazə alır”.