“Gündəm təhlükəsizlik məsələləri, spiker Şoyqudur”- Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

İclasda Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu və başqaları iştirak ediblər.

“Bu gün gündəm hərbi istiqamətdə təhlükəsizlik məsələləri, spiker (hesabat verən) Rusiya müdafiə naziri Sergey Kujugetoviç Şoyqudur”, – deyə Putin videokonfrans formatında keçirilən iclasda bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bir istehlakçı orta hesabla ayda 460,9 manat xərcləyib

Sonrakı məqalə

İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak edib