Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur

User 26 Yanvar 2025 - 15:46 (Last updated: 21 May 2025 - 20:15)
Konstitusiya

Konstitusiya

Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur

Son vaxtlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar yayılır.

Hökumətdəki mənbələrdən APA-ya bildirilib ki, Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur.

“Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur. Belə bir dəyişikliyə hazırlaşmırıq. Bəzi deputatlar səviyyəsində aparılan müzakirələrin hansı məqsəd daşıdığı, bu informasiyaların hansı zərurətdən yarandığı da bizə məlum deyil” deyə, mənbə bildirib.

Qeyd edək ki, bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Konstitusiya və suverenlik ili” elan olunub.

Əlavə olaraq oxu
“Zahid Oruc mövcud hakimiyyətin ən məlumatlı şəxslərindən biridir. Müəyyən qədər də hakimiyyətin dediklərini bu və ya digər şəkildə ictimai rəyə ötürür. Görünür, hakimiyyətdə belə bir fikir var ki, “Zəfər Konistitusiyası” adlı yeni Əsas Qanun qəbul edilsin”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Milli Məclisin deputatı Zahid Orucun “Bu il Konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi gözləntiləri var” fikirini şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, yeni Konstitusiyanın qəbul olunmasının zəruriliyi məsələsi Milli Məclis və digər platformalarda tez-tez qaldırılır:
“Bunu onunla izah edirlər ki, zəfər qazanmışıq, ərazilərimiz işğaldan azad olunub. Bizim dövlətçiliyimiz tarixində yeni dövr başlayır. Və buna görə yeni Konistitusiya qəbul olunacaq. Əslində, məsələnin bu şəkildə qoyulmasını uğurlu variant hesab etmirəm. Nə mənada? Konstitusiya sabit bir sənəd olmalıdır, uzun müddətli dövr üçün nəzərdə tutulmalıdır. O cümlədən ərazi bütövlüyünün bərpası və digər məsələlərlə əlaqədar Konstitusiyanın yenidən qəbul olunmasını zəruri edən amillər yoxdur. Amma Konstitusiyaya dəyişikliklər edilməsi, islahatların keçirilməsini zəruri edən başqa amillər mövcuddur. Buna ilk növbədə hakimiyyətlərin bölünməsi prinsipinə real məzmun verilməsi, hakimiyyət qolları arasındakı səlahiyyət hüdudlarının dəqiq müəyyən edilməsi, qarşılıqlı nəzarət mexanizminin, icra hakimiyyətinin təşkili mexamizminin müəyyən edilməsi, o cümlədən parlament seçkilərinin keçirilməsi, qarışıq seçki sisteminin tətbiq olunması, parlamentin səlahiyyətlərinin genişləndirilməsi, yerlərdə icra hakimiyyətlərinin təşkili mexanizminin dəqiqləşdirilməsi və s. kimi məsələlər aiddir. İndiki mexanizm o qədər də uyğun deyil, çünki ikili mexanizm mövcuddur. Bir tərəfdən icra hakimiyyətlərinin başçıları, o biri tərəfdən prezidentin səlahiyyətli nümayəndələri var ki, onlar faktiki olaraq eyni funksiyaları yerinə yetirirlər. Əslində isə fərqli funksiyaları yerinə yetirməlidirlər. Bu kimi məsələləri həll etmək üçün hesab edirəm ki, konstitusion islahatlara ehtiyac var”.
 
Siyasi şərhçi bildirib ki, bu islahatlar ya qüvvədə olan Konstitusiyanın mətnində dəyişikliklər edilməsi, yaxud da yeni Əsas Qanunun qəbul olunması yolu ilə mümkün olan məsələdir:
“Hər halda hesab edirəm ki, mövcud Konstitusiyanın mətnində müəyyən qədər dəyişiklik etməklə dediyimiz məsələlərin çoxunu həll etmək olar. Belə bir fikirlər səslənirsə, yeni Konstitusiyanın qəbulunu məqsədəuyğun hesab edirəm. O mənada yox ki, mütləq biz ərazilərimizi işğaldan azad etmişik. Ona görə ki, konstitusiyon islahatlara çox ehtiyac var. Cəmiyyət də bu islahatları gözləyir, bu baxımdan düşünürəm ki, yeni konistitusiyanın qəbul olunması da mümkün məsələdir”.
Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deyib ki, Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışlara yeni referendumun keçirilməsi də daxildir.

 

Post navigation

Previous: “Paşinyanı sakitləşdirin, ölkəsini məhv edəcək”-
Next: Ötən il spirtli içkilərdən 64 nəfər zəhərlənib – Səbəblər nədir?

Oxşar xəbərlər

ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05

xƏBƏR

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov koronavirusa yoluxub. bu barədə Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı...
Read more about Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.