“Gürcü arzusu” seçkilərdə liderilik edir –MSK ilkin nəticələri açıqladı

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası yerli orqanlara seçkilərdə liderlik edir.

Azpost.info bildirir ki, Gürcüstanın MSK-nın açıqladığı operativ məlumatlara görə, hakim partiya səslərin 47,6 faizini qazanıb.

MSK seçki məntəqələri üzrə 56,13 faizinin ilkin nəticələrini açıqlayıb.

Ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” 31,6 faiz səs toplayıb. 3-cü yerdə sabiq baş nazir Qaxariyanın “Gürcüstan üçün” partiyası gəlir-7,3 faiz.

Seçicilərin 51,92 faizi səsvermədə iştirak edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tiflisdə mer seçkilərinin ikinci mərhələsi gözlənilir

Sonrakı məqalə

Saakaşvilinin partiyası 11 şəhərdə rəqibinə qalib gəlir –