Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyasına dair yeni sənədlər Azərbaycan tərəfinə təqdim edilib.
Azpost.info APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın xarici işlər naziri postuna namizəd David Zalkaliani parlamentin komitə iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, müvafiq komissiya yaxın gələcəkdə yeni tərkibdə görüşəcək və məsələ ilə əlaqədar detallı müzakirələr aparacaq.