Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Gürcüstan bu qanunu Kremldən ilhamlanaraq hazırlayıb” –

User 18 Aprel 2024 - 20:16 (Last updated: 21 May 2025 - 20:15)
departament abs

ABŞ Dövlət Departamenti Gürcüstanın hakim Gürcü Arzusu partiyasının təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin Kremldən ilhamlanaraq hazırlandığını bəyan edib.

Dövlət Departamentin mətbuat katibi Metyu Miller ABŞ-nin sözügedən qanun layihəsinə görə son dərəcə məyus olduğunu qeyd edib.

“Gürcüstan parlamentinin Kremldən ilhamlanaraq hazırlanmış “xarici təsir” qanununu irəli aparmaq qərarından ciddi məyus olduq. Məqsəd şəffaflığı təşviq etməkdirsə, Kremldən ilhamlanaraq hazırlanmış bu cür qanunvericilik aktı uyğun deyil. Biz bütün tərəfləri dinc toplaşmaq hüququnu qorumağa çağırırıq”, – Metyu Miller qeyd edib.

O qeyd edib ki, Aİ-nin bəyan etdiyi kimi, qanun layihəsinin qəbul edilməsi Gürcüstanı Avrointeqrasiya yolundan çıxara bilər.

“Biz Avropalı müttəfiqlərimizə qoşularaq Gürcüstan vətəndaşlarının böyük əksəriyyətinin arzularına – Aİ-yə tam inteqrasiya olmaq istəyinə zidd olan qanunları qəbul etməməyə çağırırıq. Gürcüstanın vətəndaşlara xidmət edən və Gürcüstan iqtisadiyyatını yaxşılaşdırmaq üçün çalışan canlı vətəndaş cəmiyyəti var. Təklif olunan qanun layihəsi qəbul olunacağı təqdirdə ifadə azadlığını məhdudlaşdıra, bu faydaları Gürcüstan vətəndaşlarına çatdıran təşkilatları ləkələyə və Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli informasiyaya çıxışını təmin etməyə çalışan müstəqil media təşkilatlarına mane ola bilər”, – Metyu Miller qeyd edib.

Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Qanunun qüvvəyə minməsi üçün daha iki oxunuşdan keçməsi lazımdır. (APA)

Post navigation

Previous: Türkiyədə 5,6 gücündə zəlzələ olub
Next: Keniya Silahlı Qüvvələrinin baş komandanı helikopter qəzasında həlak olub

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Bu gün Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA...
Read more about İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.