Gürcüstan işğala görə “3+3” formatında iştirakdan imtina edib

Bizim Gürcüstan ərazilərini işğal edən ölkənin də təmsil olunduğu formatda iştirakımız istisnadır.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Rusiya xarici işlər naziri Sergey Lavrovun Gürcüstanın “3+3” formatında iştirakı ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Spiker qeyd edib ki, Gürcüstanın şərtləri Rusiyaya bəllidir və bu ərazilərin işğaldan azad edilməsidir.

“İlk addım Gürcüstan ərazilərinin işğaldan azad edilməsidir. Biz ilk dəfə deyil ki, Rusiyadan bu cür bəyanatlar eşidirik. Bizim mövqeyimiz onlara aydındır”, – Papuaşvili bildirib. (APA)

Əvvəlki məqalə

Qırmızı Xaç həbsdə olan Vardanyan, Araik və digər separatçılara baş çəkib

Sonrakı məqalə

“Xaricə mühacirət edən ruslar yetərli intellektə və tərbiyəyə malik deyillər”