“Xaricə mühacirət edən ruslar yetərli intellektə və tərbiyəyə malik deyillər”- Patriarx Kiril

“Xaricə mühacirət edən ruslar bir qayda olaraq, lazımi səviyyədə intellektə, mədəniyyətə və tərbiyəyə malik deyillər”.

Azpost.info xəbər verir ki, bunu Risya patriarxı Kiril deyib.

Rus Pravoslav Kilsəsinin rəhbəri əmindir ki, belə insanlar cəmiyyətdə özlərini tapmırlar.

Onun sözlərinə görə, çox vaxt belə insanlar geri qayıdırlar. Qalanlar da həmin ölkələrdə ağır sosial durumla üzləşirlər, ağır fiziki işlə məşğul olurlar: “Ölkə nə qədər zəngin olsa, uğursuzluqlarını daha ağrılı şəkildə yaşayırlar. Hər şeyi atdılar, hər şeyi qoydular və fikirləşdilər ki, indi bizi tutacaqlar, xüsusən də Rusiyanın əleyhinə iki-üç söz deyiblərsə”.

Patriarx iddia edir ki, başqa ölkədə məskunlaşa bilməyən mühacirlər pravoslav kilsələrinə kömək istəmək və ya ağlamaq üçün gəlirlər. “Belə bir fürsət olarsa, imtina etmirik. Amma bu insanlara baxmaq necə də ağırdır!” – Kiril qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Gürcüstan işğala görə “3+3” formatında iştirakdan imtina edib

Sonrakı məqalə

Lukaşenko Putinin məsləhəti ilə ofisini Minskdəki Müstəqillik Sarayına köçürdü