Gürcüstan MSK seçkilərin ilkin nəticələrini açıqlayıb

01 Noyabr 2020 - 11:28

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 31-də keçirilən parlament seçkilərinin ilkin rəsmi nəticələrini açıqlayıb.

3847 məntəqədən 2252-də səslər hesablanıb.

Bu hesablamalara görə hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” Partiyası 49,32 faiz, “Vahid Milli Hərəkat” Partiyası 25,94 faiz, “Avropalı Gürcüstan” Partiyası 3,77 faiz səs əldə edib.

Digər müxalifət partiyaları – “Vətənpərvərlər Alyansı” 3,26 faiz, “Lelo” partiyası 3,16 faiz, “Aqmaşenebeli strategiyası” 3,1 faiz, “Qirçi” 2,87 faiz, “Vətəndaş – Eliko Elisaşvili” 1,34 faiz, Leyboristlər partiyası isə 1,03 səs qazanıblar.

MSK-dan qeyd olunub ki, Tbilisinin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibi müəyyən etmək üçün ən azı 5 dairədə ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür. (Azərtac)