Gürcüstan parlamentinin sədri koronavirus şübhəsi ilə təcrid olunub

30 Avqust 2020 - 17:51

Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin şəxsi mühafizəçisində koronavirus təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat xidmətindən bildirilib.

Protokola uyğun olaraq digər şəxslərlə yanaşı spiker və onun ailə üzvləri də PCR testindən keçirilib. Nəticələr neqativ çıxıb.

Epidemioloji təhlükəsizlik baxımından A.Talakvadze özünütəcrid rejiminə keçib.