Hacıqabulda 17 yaşlı yeniyetməni bıçaqlayan 16 yaşlı oğlan saxlanılıb

Hacıqabulda 17 yaşlı yeniyetməni bıçaqlayan 16 yaşlı oğlan saxlanılıb.

Hacıqabul sakini, 2003-cü il təvəllüdlü  Ataşov Cavad Mehdi oğlu həmyerlisi 2004-cü il təvəllüdlü Şükürlü Abuzər Namizəd oğlu tərəfindən bıçaqlanıb.

3 bıçaq zərbəsi alan yaralı  ağır vəziyyətdə Hacıqabul rayon xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və əməliyyata götürülüb.

Hadisəni törədən yeniyetmə saxlanılıb. Hadisəyə yeniyetmələrin sosial şəbəkə üzərindən kriminal jarqonda yazışmaları səbəb olub.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan parlamentinin sədri koronavirus şübhəsi ilə təcrid olunub

Sonrakı məqalə

Bakıda yaşayış binasındakı yanğın söndürülüb –