Gürcüstan Prezidenti icazəsiz Fransaya gedib

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfərə gedib.

Məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

Zurabişvilinin 10-11 noyabr tarixlərində keçiriləcək Paris Sülh Forumunda iştirak edəcəyi qeyd olunub.

“Salome Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Prezidenti Alen Berse ilə birlikdə noyabrın 10-da böhranlar və münaqişələrə həsr edilmiş paneldə iştirak edəcək”, – məlumatda bildirilib.

Hökumət administrasiyası Prezident Zurabişvilinin Fransaya səfərinin təsdiqlənməsi üçün hökumətə müraciət etmədiyini bildirib. Sözügedən forumda Gürcüstan Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.

Əvvəlki məqalə

Robot işçini öldürdü

Sonrakı məqalə

Daşkənddə Azərbaycan və İran prezidentləri görüşüb –