Gürcüstan Prezidenti: “Qafqazda yeni era başlayır”

Ermənistan və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, artıq Qafqazda yeni era başlayır. “Mən dostlarımız Ermənistan və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm və bütün vasitəçilərə təşəkkür edirəm. Qurbanların ailələrinə başsağlığı verirəm. Sülh və stabilliyin alternativi yoxdur. Biz birlikdə əməkdaşlığın yeni səhifəsinə başlayırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış hərbi ekspertə polkovnik rütbəsi verilib və xidmətə qəbul olunub

Sonrakı məqalə

Mübariz Qurbanlı: “Bu günü hər bir azərbaycanlı bayram kimi qeyd edir”