Tanınmış hərbi ekspertə polkovnik rütbəsi verilib və xidmətə qəbul olunub

Tanınmış hərbi ekspert Üzeyir Cəfərova polkovnik rütbəsi verilib və xidmətə qəbul olunub.

“Report” xəbər verir ki, bu barədə Üzeyir Cəfərov özü məlumat verib.

“Bu gün, noyabrın 10-dan etibarən Azərbaycan Silahlı Qüvvələrində müraciətim əsasında həqiqi hərbi xidmətə çağırıldığıma görə xidmətdən tərxis olunana qədər mətbuatla bütün təmaslarıma fasilə verirəm. Hər kəsə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram. Tanrı Azərbaycanımızı qorusun!”, – polkovnik bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya parlamenti: Ermənistan sazışə dair öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərməlidir

Sonrakı məqalə

Gürcüstan Prezidenti: “Qafqazda yeni era başlayır”