Gürcüstan quru sərhədi ilə ölkəyə gələnlərdən vaksin analizi tələb edəcək

Gürcüstan quru sərhədləri ilə ölkə ərazisinə daxil olacaq tam vaksinasiya olunmuş şəxslərdən COVID-19 PZR analizinin neqativ nəticəsini göstərən sənəd tələb edəcək.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

O deyib ki, qaydaların asanlaşdırılması yoluxma hallarının artması riski yaradır. Bu səbəbdən neqativ cavablı PZR analizi nəticəsini təqdim etməyən şəxslər Gürcüstanın quru sərhədlərindən ölkə ərazisinə buraxılmayacaqlar.
Qeyd edək ki, Gürcüstan iyunun 1-də quru sərhədlərini açmağı planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şuşada hansı bazarlar olub?

Sonrakı məqalə

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib –