Gürcüstanda açıq havada maska taxmaq tələbi ləğv edilib

22 İyun 2021 - 11:32

Bu gündən Gürcüstanda açıq havada tibbi maska taxmaq tələbi ləğv edilib.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

O qeyd edib ki, maska istifadəsi yalnız qapalı məkanlarda və ictimai nəqliyyat vasitələrində məcburi olacaq.