“Avro-2020”də bombardirlərin son SİYAHISI

“Avro-2020”nin qrup mərhələsi yekunlaşdıqca pley-off uğrunda gərgin mübarizə ilə yanaşı bombadirlər arasındakı yarış da diqqət mərkəzindədir.

Qol.az xəbər verir ki, 3-cü turun dünən yekunlaşan bəzi oyunlarından sonra ən çox qol vuranlar sırasına Belçika millisindən Romelu Lukaku ilə Niderlanddan Corcinio Veynaldum da qoşulub.

Lider Kriştiano Ronaldonun da ehtiyatında 3 qol var. Portuqaliyalı 1 qolun da ötürməsini etdiyindən hamını qabaqlayır. Lakin həm Ronaldonun, həm də Çexiyadan Patrik Şikin (3 qol) qrup mərhələsini daha çox qolla başa vurması üçün şansları var. Çünki onların komandası hələ qrupda son oyunları keçirməyiblər.

Bombardilər siyahısı:

1. Kriştiano Ronaldo (Portuqaliya) – 3 qol, 1 assist

2.  Patrik Şik (Çexiya) – 3 qol

3. Romelu Lukaku (Belçika) – 3 qol

4. Corcinio Veynaldum (Niderland) – 3 qol

5. Memfis Depay (Niderland) – 2 qol

6. Çiro İmmobile (İtaliya) – 2 qol

7. Cerdan Şakiri (İsveçrə) – 2 qol

8.  Roman Yaremçuk (Ukrayna) – 2 qol

9. Andrey Yarmolenko (Ukrayna) – 2 qol

10. Manuel Lokatelli (İtaliya) – 2 qol

11. Yussuf Poulsen (Danimarka) – 2 qol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda açıq havada maska taxmaq tələbi ləğv edilib

Sonrakı məqalə

Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib