Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt karantin rejimi ləğv olunur

Gürcüstanın Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejiminin bu həftəsonu götürülməsi nəzərdə tutulub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

Kənddə koronavirusa son yoluxma halı mayın 16-da qeydə alınıb. Artıq Getada sərt karantin rejiminin ləğvi ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, indiyədək Bolnisi üzrə COVID-19-a 186 nəfər yoluxub. Onların 114-ü sağalıb, 4-ü isə vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səfir:

Sonrakı məqalə

“Postpandemiya dövründə aqroturizm kimi yeni turizm növlərinə ehtiyac yaranacaq”