Gürcüstanda bu gün Saakaşviliyə dəstək üçün kütləvi aksiyalar keçiriləcək

Gürcüstan müxalifəti bu gün sabiq Prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə genişmiqyaslı həmrəylik aksiyaları keçirəcək.

Yyerli vaxtla saat 18:00-da başlayacaq aksiyaların paytaxt Tbilisi ilə yanaşı ölkənin bütün böyük şəhərlərində keçirilməsi planlaşdırılıb.

Müxalif Vahid Milli Hərəkat partiyasının sədri Nika Melia ölkənin üçüncü Prezidentinin həbsdən azad edilməsi üçün siyasi baxışından asılı olmayaraq, hər kəsi aksiyalarda iştirak etməyə çağırıb. (APA)

Əvvəlki məqalə

ABŞ-ın dövlət katibi Çinə səfər edəcək

Sonrakı məqalə

“Vasif Talıbova dərs demişəm, oxumurdu, çox zəif idi” –