“Vasif Talıbova dərs demişəm, oxumurdu, çox zəif idi” –FƏZAİL AĞAMALI

“Vasif Talıbova dərs demişəm, dərsini oxumurdu, zəif idi”

Bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı Post Tv-də qonaq olduğu zaman deyib.

O, keçmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov barədə danışıb: “Vasif Talıbov kimi insanlarla mənim hər zaman məsafəm olub. Baxmayaraq ki, mən ona dərs demişəm. Tarix fakültəsini bitirib, dərs oxumurdu, çox zəif idi, amma sakit biri idi, tərbiyəli idi. İndiki həyat yoldaşı sinifnümayəndəsi idi, sonra evləndilər”.

Əvvəlki məqalə

Gürcüstanda bu gün Saakaşviliyə dəstək üçün kütləvi aksiyalar keçiriləcək

Sonrakı məqalə

Kişilər ağıllı qadınlardan niyə qorxurlar? –