Gürcüstanda daha 170 nəfər koronavirusa yoluxub

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 170 yoluxma halı qeydə alınıb. 

 Yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 2562 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6633 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1369 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Tovuz istiqamətində təxribat törədib

Sonrakı məqalə

“Azərbaycanın Aralıq dənizi ilə bağlı mövqeyimizi dəstəkləməsi Türkiyəyə güc verir” –