Gürcüstanda güclü zəlzələ olub

Gürcüstanda 5,3 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Dmanisi rayonunun Yırğançay kəndi yaxınlığında qeydə alınıb.

Yerli vaxtla 23:35-də baş vermiş zəlzələ paytaxt Tbilisidə də hiss edilib.

Dağıntı və tələfat barəsində hələki məlumat yoxdur.

Əvvəlki məqalə

Lavrov Putinin səhhəti ilə bağlı yayılan xəbərləri şərh edib

Sonrakı məqalə

Ermənistanda 6 bal gücündə zəlzələ baş verib