Gürcüstanda keşişlər arasında dava düşüb-On nəfər eyvandan yıxılıb

Gürcüstanın Martvili şəhərindəki Çkondid yepiskopluğunda din xadimləri arasında dava düşüb.

Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Dava-dalaş zamanı 10 nəfər eyvandan yerə yıxılıb.

Hadisə yeni mitropolit Stefanın sədrliyilə keçirilən iclas zamanı baş verib. Onun iki keşişin dini rütbəsini əlindən alması ciddi qalmaqala səbəb olub və iclas iştirakçıları arasında əlbəyaxa döyüşlə nəticələnib.

Tərəflər münasibətlərini aydınlaşdırmaq üçün eyvana çıxıblar. Lakin köhnə taxta konstruksiyalı eyvan çox sayda insanların ağırlığına dözməyərək qırılıb.

Xəsarət alanlar arasında jurnalistlərin olduğu da bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada ata beş yaşlı oğlunu öldürüb

Sonrakı məqalə

Rusiyanı “Eurovision-2021”-də tacik qızı təmsil edəcək –