Gürcüstanda koronavirusa yoluxanların sayı 227 nəfərə çatıb

10 Aprel 2020 - 10:28

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 227 nəfərə çatıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4829 nəfər saxlanılır, stasionar müalicədə isə 410 nəfər var. Virusa yoluxmuş şəxslərdən 52-si sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.(APA)