Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İran raket istehsalını yeraltına köçürür? – Peyk görüntülərində yeni tikililər aşkarlanıb

User 06 Noyabr 2026 - 19:42 (Last updated: 06 Noyabr 2026 - 19:29)
iran raket giris

Peyk görüntülərinin təhlili göstərir ki, İran ən azı iki böyük raket obyektinin yaxınlığında genişmiqyaslı tikinti işləri aparır, həmçinin ABŞ və İsrailin aylarla davam edən hava zərbələri nəticəsində zədələnmiş hərbi bazalarını bərpa edir.

Noyabr ayında çəkilmiş peyk görüntülərində İranın paytaxtı Tehranın yaxınlığındakı Kərəc şəhərində yerləşən Garmdarə hərbi bazasında, eləcə də ölkənin şimalındakı Şahrud bazasında torpaq işlərinin izləri və yeni tikililər görünür.

Bu barədə görüntüləri araşdıran Britaniyanın MAIAR kəşfiyyat şirkətinin analitikləri BBC-nin BBC Verify məlumatların yoxlanılması bölməsinə bildiriblər.

Bərpa işlərinin əlamətləri daha azı 12 hərbi obyektdə də müşahidə olunur. Bunların arasında raket kompleksləri və aviabazalar da var.

İranın qərbində, İraq sərhədinin yaxınlığında yerləşən Kirmanşah raket bazasında dağıdılmış tikililərin yerində yeni dam örtükləri meydana çıxıb. Tehranın şərqindəki Pərçin hərbi kompleksinin ərazisində isə dağıntılar təmizlənib və zədələnmiş konstruksiyalar götürülüb. Bu obyekt əvvəllər də bir neçə hava zərbəsindən sonra dəfələrlə bərpa edilib.

İran üzrə ixtisaslaşmış, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Cim Ləmsonun sözlərinə görə, Şahrud yaxınlığında aparılan torpaq işləri raket istehsalı ilə əlaqəli ola bilər.

O hesab edir ki, yaxınlıqdakı Şahrud aviabazası son illərdə dəfələrlə hücuma məruz qaldığından, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) istehsal güclərini yeraltına köçürməyin yollarını axtarır.

AzPost.az

Post navigation

Previous: Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı
Next: Ukrayna bütün ərazilərini geri qaytara bilməyəcək – NATO Baş katibi

Oxşar xəbərlər

qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36
tramp reytniq
  • Dünya

Tramp İranla bağlı 3 ssenari arasında seçim edir – Davam, yoxsa razılaşma?

User 06 Noyabr 2026 - 20:00
rutte
  • Dünya

Ukrayna bütün ərazilərini geri qaytara bilməyəcək – NATO Baş katibi

User 06 Noyabr 2026 - 19:50

xƏBƏR

qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36
Türkiyə ABŞ-ın təzyiqi səbəbindən İran üzərindən Türkmənistandan qaz idxalını dayandırmağa məcbur olub. Azpost.info-nun məlumatına görə, bunu Türkiyənin...
Read more about ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib
Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
Tramp İranla bağlı 3 ssenari arasında seçim edir – Davam, yoxsa razılaşma? tramp reytniq
  • Dünya

Tramp İranla bağlı 3 ssenari arasında seçim edir – Davam, yoxsa razılaşma?

User 06 Noyabr 2026 - 20:00
Ukrayna bütün ərazilərini geri qaytara bilməyəcək – NATO Baş katibi rutte
  • Dünya

Ukrayna bütün ərazilərini geri qaytara bilməyəcək – NATO Baş katibi

User 06 Noyabr 2026 - 19:50
İran raket istehsalını yeraltına köçürür? – Peyk görüntülərində yeni tikililər aşkarlanıb iran raket giris
  • Dünya

İran raket istehsalını yeraltına köçürür? – Peyk görüntülərində yeni tikililər aşkarlanıb

User 06 Noyabr 2026 - 19:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.