Gürcüstanda koronavirusa yoluxanların sayı 416-ya çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 416 nəfərə çatıb.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, yoluxmuş şəxslərdən 105-i artıq sağalıb, 5-i isə vəfat edib.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa görə karantində 5160 nəfər saxlanılır, stasionar müalicədə isə 579 nəfər var.

Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Allahşükür Paşazadə və digər dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Sonrakı məqalə

Ölkədə koronavirusla bağlı son vəziyyət necədir? –