Gürcüstanda koronavirusa yoluxanların sayı 497 nəfərə çatıb

28 Aprel 2020 - 10:25

Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 497 nəfərə çatıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5107 nəfər saxlanılır, stasionar müalicədə isə  534 nəfər var. Virusa yoluxmuş şəxslərdən 156-sı sağalıb, 6 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.