Son sutka ərzində Gürcüstanda 19 min 345 nəfər COVID-19 testindən keçib. Nəticədə 357 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 265 min 557-yə çatıb.
Bu barədə Gürcüstan hökumətinin rəsmi “stopgov.ge” saytında məlumat yerləşdirilib.
Bildirilir ki, ötən sutka ərzində Gürcüstanda 652 nəfər koronavirusdan sağalıb, 9 xəstə isə pandemiyanın qurbanı olub.
Beləliklə, ölkədə koronavirusdan müalicə olunanların sayı 258 min 93-ə, ölənlərin sayı isə 3352-yə çatıb.