Gürcüstanın bütün təhsil müəssisələrində martın 16-dək elan olunan tətilin müddəti aprelin 1-dək uzadılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının toplantısında qərar qəbul edilib.
Digər qərarla hərbi xidmətə yaz çağırışı aprelin 13-dək təxirə salınıb.
Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirus 23 şəxsdə təsdiqlənib. Karantində 126, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır.