Gürcüstanda məktəblərdə vaxtından əvvəl tətil elan olundu

Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə yaz tətilinin başlanma vaxtı dəyişdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət qurumları arası Koordinasiya şurası qərar qəbul edib.

Qərara əsasən, tətil martın 9-u əvəzinə martın 2-dən etibarən başlayacaq və ayın 16-dək davam edəcək.

Şuranın digər qərarı ilə ictimai nəqliyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tələbələr AMEA-nın kitabxanasından narazıdır –

Sonrakı məqalə

Bakıda qadın pnevmoniyadan ölüb