Bakıda qadın pnevmoniyadan ölüb

Bakıda 26 yaşlı qadın pnevmoniyadan dünyasını dəyişib.

TƏBİB-dən APA-ya verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxana çatdırılıb: “Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmoniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz təxminən 10 gündən sonra məlum olacaq”.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı unikal.org yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda məktəblərdə vaxtından əvvəl tətil elan olundu

Sonrakı məqalə

Martın 1-nə olan hava proqnozu –