Gürcüstanda sərnişin qatarlarının hərəkəti bərpa edilib

Gürcüstanda şəhərlərarası sərnişin qatarlarının hərəkəti bərpa edilib.

Gürcüstan hökümətinin qərarına əsasən bu gündən etibarən qatarla sərnişin daşımaları səhiyyə nazirliyinin hazırladığı qaydalar əsasında davam etdiriləcək. Qaydalara əsasən, sərnişinlər vaqonlara daxil olmadan termal yoxlanışdan keçirilir, vaqonlarda isə onlardan sosial məsafəni qoruma, dezinfeksiyaedici maddələrdən istifadə etmək və tibbi maska taxmaq tələb edilir. Bundan başqa, vaqonlarda kitab, jurnal, qəzet, qulaqcıq paylanılmaası qadağan edilib. 

Qeyd edək ki, Gürcüstanda koronavirusla bağlı epidemioloji vəziyyətin pisləşməsi səbəbi ilə martın 31-də sərnişin qatarlarının hərəkəti məhdudlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 8 milyona çatır

Sonrakı məqalə

“İslahatlar qərarların icrasının müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir” –