Gürcüstanda yaşayış evində yanğın nəticəsində bir ailənin 6 üzvü ölüb

04 Fevral 2020 - 08:30

Gürcüstanın Bağdati rayonunun Tsereteli küçəsində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb. 

Bu barədə  Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı həlak olanların dördü uşaq, biri isə hamilə qadındır. Yanğında ölən 6-cı qadının da eyni ailənin üzvü olduğu bildirilir.

Əraziyə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xİdmətinin 6 yanğınsöndürmə maşını və 25 yanğınsöndürən cəlb edilib.  Yanğının söndürüldüyü bildirilir.

Hadisənin səbəbləri araşdırılır. (APA)