Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

05 Avqust 2020 - 11:56

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq.

APA-nın “1tv.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Təhsil naziri Mixail Çxenkeli bildirib.

Onun sözlərinə görə, mövcud epidemioloji vəziyyət yeni dərs ilinin sentyabrın 15-də başlamasına imkan verir.

“Auditoriyalarda, məktəb siniflərində dərslər sentyabrın 15-də başlayacaq, lakin biz bütün ssenarilərə hazırıq”, – deyə nazir vurğulayıb.