“Heç kim xəstəliyin nə qədər davam edəcəyini təxmin edə bilməz” –Maliyyə Naziri

“Prezident İlham Əliyev Nairlər kabinetinin iclasında hökumətin qarşısında yeni tələblər qoyub”.

 Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, sosial-iqtisadi durumla bağlı əsas problemlərdən biri də vəziyyətin qeyri-müəyyənliyidir: “Bu gün dünyada heç kim xəstəliyin nə qədər davam edəcəyini və insanların həyat tərzinə təsirlərini təxmin edə bilməz. Hökumət bu fikirdədir ki, iqtisadiyyatda çevik maliyyə buferləri yaradılsın, yarana biləcək təhdidlərin qarşısı alına bilsin. Büdcəyə dəyişikliklər təklif edilərək ölkəmizdə artan xərclərinin makroiqtisadi sabitliyə xələl gətirməməsi məsələsi də nəzərə alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb

Sonrakı məqalə

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq