“Gürcüstandan “3+3″ formatı ilə bağlı ziddiyyətli bəyanatlar eşidirik” –Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın “altılıq platforması” ilə bağlı mövqeyinə münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, ölkəsi “altılıq platforması”nı dəstəkləyib.

“Əlbəttə ki, biz bu formatın reallaşması planının praktik müstəviyə keçirilməsinin vaxtının gəlib çatdığını düşünürük. O ki qaldı Gürcüstana, biz Tbilisidən bu ölkənin məlum əməkdaşlıq mexanizmində iştirakı ilə bağlı ziddiyyətli bəyanatlar eşidirik. Bu, suveren ölkənin mövqeyidir. Hesab edirik ki, “3+3” əməkdaşlıq formatı regionun bütün dövlətlərinin maraqlarına cavab verir”, – Rusiya XİN-in rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

7 rayon mərkəzi xəstəxanası ilə diaqnostika mərkəzləri birləşdirilib –

Sonrakı məqalə

Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad olundu