Gürcüstanın Azərbaycandakı səfiri vaxtından əvvəl geri çağrılıb

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze vaxtından əvvəl vəzifəsindən azad edilib.

Bu barədə sərəncamı Gürcüstanın baş naziri İrakli Kobaxidze imzalayıb və sənəd təsdiq üçün prezident Salome Zurabişviliyə göndərilib.

Pataradzenin səlahiyyətləri 2025-ci il yanvarın 1-də başa çatmalı idi. Hökumət onun vaxtından əvvəl geri çağrılmasının səbəblərini açıqlamayıb.

Əvvəlki məqalə

Bakı Təşəbbüs Qrupu ilə Bonayre adasının QHT-ləri arasında əməkdaşlıq sazişi imzalanıb

Sonrakı məqalə

Azərbaycan və Özbəkistan arasında sənədlərin imzalanması mərasimi keçirilib