Gəlirlərin bəyan edilməsində Ukrayna təcrübəsi

Ukraynada dövlət vəzifəli şəxs bəyannamədə həm özünün və həm də ailə üzvlərinin (ər və ya arvad,yetkinlik yaşına çatmayan uşaqlar, vəzifəli şəxslə birgə yaşayan, ümumi məişət, qarşılıqlı hüquq və öhdəliklərlə bağlı olan digər şəxslər, o cümlədən nikahsız birgə yaşayan şəxslər) gəlirləri əmlakı və aktivləri barədə məlumat verməlidir. Bəyannamədə aşağıdakı məlumatlar göstərilməlidir. 

– şəxsi və ya ümumi mülkiyyət hüququ əsasında vəzifəli şəxsə və onun ailə üzvlərinə məxsus olan, icarə və ya digər hüquqlar əsasında onlarda olan (bu hüquqların əldə edilməsinə əsas olan əqdin bağlanma formasından asılı olmayaraq) daşınmaz əmlak obyektləri;

– yarımçıq tikililər, istismara qəbul edilməmiş və ya mülkiyyət hüququ  qanunla müəyyən olunmuş qaydada qeydə alınmamış obyektlər;

– şəxsi və ya ümumi mülkiyyət hüququ əsasında vəzifəli şəxsə və onun ailə üzvlərinə məxsus olan və ya digər hüquqlar əsasında onların sahibliyində və ya istifadəsində olan (bu hüquqların əldə edilməsinə əsas olan əqdin bağlanma formasından asılı olmayaraq), dəyəri hesabat ili üçün müəyyən edilmiş yaşayış minimumunun 100 mislindən artıq olan qiymətli daşınar əmlak;

– vəzifəli şəxsə və onun ailə üzvlərinə məxsus olan qiymətli kağızlar, o cümlədən səhmlər, istiqrazlar, çeklər, sertifikatlar, veksellər (qiymətli kağızın növü, emitenti, həmin kağıza mülkiyyət hüququnun əldə edilmə tarixi, miqdarı və nominal dəyəri göstərilməklə);

– digər korporativ hüquqlar (hər bir təsərrüfat subyektinin adı, təşkilati-hüquqi forması, vahid dövlət reyest kodu, nizamnamə kapitalında vəzifəli şəxsin və onun ailə üzvlərinin pul və faiz ifadəsində payı göstərilməklə);

– vəzifəli şəxsin və onun ailə üzvlərinin son benefisar sahibi olduğu hüquqi şəxslər, trastlar və digər bi kimi qurumlar;

– vəzifəli şəxsiə və onun ailə üzvlərinə məxsus olan, pul ekvivalentində qiymətləndirilə bilən qeyri maddi nemətlər, o cümlədən intelaktual mülkiyyət obyektləri, kriptovakyuta (bu aktivlərin növü, həmin aktivlərə mülkiyyət hüququnun yaranma vaxtı və həmin vaxt dəyəri göstərilməklə);

– əldə olunmuş bütün gəlirlər, o cümlədən əsas və əvəzçilik üzrə işyerlərindən alınan əmək haqqı (pul təminatı), qjyjhfh, divident, faiz, royalti, sığorta ödənişləri, xeyriyyəçilik üzrə köməklər, pensiya, qiymətli kağızların və korporativ hüquqların özgəninkiləşdirilməsindən gəlirlər, hədiyyələr və digər gəlirlər;

– bank hesabında olan və ya banklarda saxlanan pul aktivləri, o cümlədən nəğd vəsait, kredit ittifaqlarında və digər bank olmayan maliyyə qurumlarında olan əmanətlər, üçüncü şəxslərə borc verilən vəsait, qiymətli metallara qoyulan aktivlər;

– vəzifəli şəxsin və onun ailə üzvlərinin açıq hesabları olan (hesabın növündən asılı olmayaraq, o cümlədən vəzifəli şəxsin və onun ailə üzvlərinin adına üçüncü şəxslərin açdığı hesablar), yaxud vəsaitlərini və digər əmlakını saxladığı banklar və digər maliyyə qurumları, həmçinin xaricdə yerləşən banklar və digər maliyyə qurumları;

– maliyyə öhdəlikləri, o cümlədən alınan kreditlər, borclar, lizinq müqaviləsi üzrə öhdəliklər, əsas borc (kredit) məbləği və faizlər üzrə odənilən vəsaitlər, hesabat ilinin sonu üçün əsas borcun (kreditin) qalığı, sığorta müqaviləsi və qeyri dövlət pensiya təminatı üzrə öhdəliklər;

– xərclər, vəzifəli şəxsin və onun ailə üzvlərinin daşınar və daşınmaz əmlak, qeyri-maddi nemət və digər aktivlər üzərində mülkiyyət (o cümlədən ümumi mülkiyyət, sahiblik və ya istifadə hüququnun yaranmasına və xitamına, habelə maliyyə öhdəliklərinin yaranmasına səbəb olan digər əqdlər;

– əvəzçilik üzrə yerinə yetirilən (yerinə yetirilmş) vəzifə və ya haqqı ödınilib-ödənilməməsindən asılı olmayaraq vəzifəli şəxsin və onun ailə üzvlərinin müqavilə üzrə gördüyü iş, habelə əvəzçilik üzrə işin yerinə yetirildiyi hüquqi və ya fiziki şəxsin adı;

– vəzifəli şəxsin ictimai birliyin, xeyriyyə təşkilatlarının, özunu tənzimləyən və ya özünüidarə edən peşə birliklərinin üzvü olması, rəhbər, təftiş və ya nəzarət orqanının tərkibinə daxil olması haqqında məlumat (müvafiq qurumun adı göstərilməklə).

Bəyannamədə göstərilən məlumatlar, müəyyən istisnalarla açıq məlumatlər hesab olunur. Vergi ödəyicinin uçot kartoçkasının qeydiyyat nömrəsi, vətəndaşın pasportunun seriya və nömrəsi, dövlət demoqrafik reyestrində unikal nömrəsi, bəyannamədə adı göstərilən fiziki şəxsin döğum tarixi, bəyannamədə göstərilən obyektin yerləşdiyi yer (vilayət, rayon və yayayış məntəqəsi istisna olmaqla), bank hesabları və digər maliyyə məlumatları alınması məhdudlaşdırılan informasiyalara aiddir.

Təqdim olunmuş bəyannamələr Korrupsiyanın qarşısının alınması məsələləri üzrə Milli agentlik tərəfindən yoxlanır. Məsul və xüsusilə məsul vəzifə, yaxud yüksək korrupsiya risqli vəzifə tutan şəxslərin təqdim etdikləri bəyannamələr hökmən yoxlanmalıdır. Digər vəzifəli şəxslərin təqdim etdikləri bəyannamələr cari nəzarət qaydasında uyğunsuzluq aşkar edildikdə yoxlanır. Yoxlama bəyannamədə göstərilən məlumatların etibarlılığını və bəyan edilən aktivlərin qiymətləndirilməsinin dəqiqliyini, habelə maraqlar toqquşmasının və qanunsuz varlanmanın olub-olmamasını müəyyən etmək məqsədilə aparılır.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra edilən  “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması” layihəsi çərçivəsində hazırlamışdı.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.