“Ermənistanın terrorcu dəstələrinin Gəncəyə xain raket hücumu nəticəsində hər iki valideynini itirmiş balaca Xədicəmizin hər iki tərəfdən yaxın ailə üzvlərindən hansının himayəsində qalması ilə bağlı məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti yerli qurumların nümayəndələri tərəfindən nəzarətə götürülüb”.
Azpost.info bildirir ki, bu sözləri Ailə,Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yaranmış qalmaqalla bağlı vəziyyəti şərh edərkən bildirib.
B.Muradova bildirib ki, məsələnin mövcud qanunvericiliyə uyğun olaraq yalnız Xədicənin mənafeyinə uyğun həll olunmasına calışırlar.
“Mətbuatda və sosial şəbəkələrdə yayılmış video ilə bağlı hər kəsin narahatlığını anlayışla qarşılamaqla yanaşı,belə həssas məsələdə bir az da səbrli və təmkinli olmağı tövsiyyə edərdim.
Həyəcan və təşviş yaradan məlumatları yaymazdan əvvəl müvafiq orqanlarla əlaqə saxlamaq və məlumatlandlrmaq daha effektli təsir göstərə bilər.
Bununla belə hər birinizə laqeyd qalmadığınıza, balaca Xədicəmiz ücün calışdığınıza və bizə də yardımcı olduğunuza görə təşəkkür edirəm!”