“Həkim məsləhətçilərim deyir ki, buna ehtiyac yoxdur” –

BAYDEN
30 İyul 2021 - 09:13

ABŞ Prezidenti Co Bayden mütəxəssislərin gəldiyi qənaətə əsaslanaraq, amerikalıların yeni koronavirusa qarşı əlavə – gücləndirici dozaya ehtiyaclarının olmadığını bildirib.

ABŞ lideri bu barədə Ağ Evdə Vaşinqtonun pandemiya ilə mübarizədə atdığı yeni addımlarla bağlı etdiyi çıxışı zamanı deyib.

“Bilirəm ki, bir çoxlarınızın gücləndirici peyvənd dozasına ehtiyacınızın olub-olmadığını düşünürsünüz. Hazırda həkim məsləhətçilərim deyir ki, buna ehtiyac yoxdur”, prezident vurğulayıb.

Bayden əlavə edib ki, əgər elmi təcrübələr gücləndirici bir dozaya ehtiyac olduğunu ortaya qoyarsa, belə bir addım atılacaq.