“Həkim məsləhətçilərim deyir ki, buna ehtiyac yoxdur” –BAYDEN

ABŞ Prezidenti Co Bayden mütəxəssislərin gəldiyi qənaətə əsaslanaraq, amerikalıların yeni koronavirusa qarşı əlavə – gücləndirici dozaya ehtiyaclarının olmadığını bildirib.

ABŞ lideri bu barədə Ağ Evdə Vaşinqtonun pandemiya ilə mübarizədə atdığı yeni addımlarla bağlı etdiyi çıxışı zamanı deyib.

“Bilirəm ki, bir çoxlarınızın gücləndirici peyvənd dozasına ehtiyacınızın olub-olmadığını düşünürsünüz. Hazırda həkim məsləhətçilərim deyir ki, buna ehtiyac yoxdur”, prezident vurğulayıb.

Bayden əlavə edib ki, əgər elmi təcrübələr gücləndirici bir dozaya ehtiyac olduğunu ortaya qoyarsa, belə bir addım atılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“2 PUA-nın vurulması ilə bağlı məlumat yalandır” –

Sonrakı məqalə

Bu yollarda tıxac var –