Hələbdə Nəsiminin dəfn olunduğu türbədən yeni panoramalı –

FOTO
02 İyul 2021 - 09:44

Suriyalı peşəkar fotoqraf Salah Maraşi görkəmli Azərbaycan şairi Nəsiminin Hələbdə yerləşən türbəsindən foto paylaşıb.

Azpost.info bildirir ki, Salahi Nəsiminin dəfn olunduğu yeri 360 dərəcəlik panoramla təqdim edib.

Suriyada hərbi əməliyyatlar zamanı Hələb ciddi ziyan çəkib. Nəsiminin məqbərəsinin yerləşdiyi kvartalda dağıntılar baş verib. Fotodan görünür ki, dağılmış divarlar bərpa olunub, məqbərəyə yeni qapı qoyulub.

https://www.facebook.com/salahmaraashiphotography/photos/2677355509055565